Məlumatları təqdim etmək üçün diaqramların qurulması əlverişlidir. Diaqramlar xətti, sütunlu və dairəvi ola bilər.
1) Temperaturun zamana görə dəyişməsini göstərmək üçün xətti və birsütunlu diaqram quraq:
Xətti diaqramda qeyd olunan nöqtələr ardıcıl olaraq xətlə birləşdirilir.
2) İki və daha çox sütunlu diaqram.
Araşdırma 1: Məktəbin VI sinif şagirdlərinin II yarımil ərzində riyaziyyat fənni üzrə mənimsəmə (göy
rəng) və keyfiyyət (qırmızı rəng) faizinin müqayisəsi üçün ikisütunlu diaqram quraq:
Suallara cavab verək:
a) |
6a sinfinin keyfiyyət faizi 6b sinfinin keyfiyyət faizindən neçə faiz çoxdur? |
b) |
6c sinfinin keyfiyyət göstəricisi digər siniflərdən neçə faiz geridə qalır? və s. |
Göründüyü kimi, ikisütunlu diaqramın köməyi ilə bir neçə kəmiyyətin iki göstəricisini müqayisə etmək mümkündür.
3) Dairəvi diaqram tamın hissələri arasında əlaqəni müəyyən edir.
Araşdırma 2: Məktəbin VI sinif şagirdlərinin məşğul olduqları idman növünə görə sayları faizlə verilmişdir:
futbol - 35%, voleybol - 25%, tennis - 15%, şahmat -15%, üzgüçülük - 10%.
Bu məlumatları ifadə edən diaqram qurmaq üçün dairəni aşağıdakı kimi sektorlara bölək. Dairəyə uyğun tam bucaq 360° olduğu üçün:
1) futbol: 360 • 0,35 = 126°;
2) voleybol: 360 • 0,25 = 90°;
3) tennis və şahmat: 360 • 0,15 = 54°;
4) üzgüçülük: 360 • 0,1 = 36°.
Deməli, dairəni 126°, 90°, 54°, 54°, 36°-li sektorlara bölməliyik.