Toplanılmış məlumatı təhlil etmək statistikanın əsas funksiyalarından biridir. Ədədi sıranın ədədi ortasının, ən böyük fərqinin, moda və medianın (statistik ortasının) tapılması məlumatın təhlili və nəticə çıxarılması üçün böyük əhəmiyyət kəsb edir.
Araşdırma: |
25,25, 25, 30, 35,40, 45, 50 ədədlər sırasında: |
Moda - verilmiş ədədlər sırasında ən çox təkrarlanan ədəddir. Bəzən sıranın bir neçə modası ola bilər. Məsələn: 2, 3, 3, 4, 5, 6, 6, 7, 8, 9 ədədlər sırasının modası 3 və 6-dır. Bu halda deyirlər ki, ədədlər sırası ikimodalıdır. Modanı çox zaman elementləri ədədlərdən ibarət olmayan ardıcıllıqlar üçün istifadə edirlər. Məsələn, dayanacaqda olan maşınların rəngləri: sarı, qırmızı, qara, ağ, göy, narıncı, ağ olarsa, moda ağ rəng olar. Modanın köməyi ilə, məsələn, ticarətdə ən çox satılan ərzağın növünü təyin etmək olar, ən çox tələbata malik malı seçmək üçün proqnoz vermək olar ki, bu əldə olunan mənfəətin artmasına və tələbatın ödənilməsinə yardım edən amillərdəndir.
Bəzən ədədlər sırasının modası, medianı və ədədi ortası üst-üstə də düşə bilər.
a) 2-ci ədədə bərabər olsun;
Bu zaman bu ədədlər arasında hansı qanunauyğunluq olmalıdır?
a) üçündən böyük olsun;
a) 1,2, 3,4;
c) 3, 4, 5, 6;
Hansı qanunauyğunluğu aldınız?
b) 2,3,4,5;
ç) 10, 11, 12, 13.