Həyatda hər hansı hadisənin baş verib-verməyəcəyini proqnozlaşdırarkən çox zaman belə ifadələr işlədirik: “bu mümkün deyil”, “çox ehtimal ki, ...”, “yüz faiz əmin ola bilərsiniz ki, ...” Beləliklə, təhlil edilmiş məlumatlar əsasında müəyyən nəticə çıxarırıq.
Bilirsiniz ki, hadisənin üç növü var: “yəqin hadisə”, “mümkün olmayan hadisə”, “təsadüfi hadisə”. Verilmiş şərtlər əsasında mütləq baş verəcək hadisə yəqin hadisə adlanır. Verilmiş şərtlər əsasında heç vaxt baş verməyəcək hadisə mümkün olmayan hadisə adlanır. Verilmiş şərtlər daxilində baş verib-verməyəcəyini söyləmək mümkün olmayan hadisəyə təsadüfi hadisə deyilir.
Yəqin hadisə haqqında danışanda “ehtimal ki,...” kəlməsini çox vaxt işlətmirik. Əgər bu gün bazar günüdürsə, “ehtimal ki, sabah bazar ertəsidir” demək düzgün deyil. “Yüz faiz ehtimalla deyə bilərəm ki, sabah bazar ertəsidir” deyə bilərik və ya “sabah şənbə olması mümkün deyil” söyləyərik.
Araşdırma: |
aşağıdakı hadisələri xarakterizə edin. a) Gecəyarısı günəş çıxacaq; b) O-dan kiçik seçilmiş hər hansı ədəd natural ədədlərdir; c) Riyaziyyat dərsində fizika məsələsi həll etdik; ç) Riyaziyyat dərsində riyazi tapşırıqlar yerinə yetirdik; d) (-3; 9) intervalından götürülən ədəd tam ədəddir. |
Həlli: |
|