8.8. Eyniehtimallı, azehtimallı və ya çoxehtimallı hadisələr
Təsadüfi hadisələr eyniehtimallı, azehtimallı və ya çoxehtimallı ola bilər.
-
Qəpik pulun iki üzü var. Onun atıldıqda hər hansı üzünün düşməsi hadisəsi eyniehtimallıdır, çünki bu
üzlərin hər ikisinin düşməsi eyniimkanlı hadisədir.
-
Qutuda 3 ədəd diyircəkli qələm var. Bu qələmlərdən biri qırmızı, ikisi isə göy rənglidir. Şahin
qutuya baxmadan bir qələm götürdü. Bu zaman:
a)
göy qələmin çıxması;
b)
qırmızı qələmin çıxması hadisələri eyniehtimallıdırmı?
Həlli:
|
Göy rəngli və ya qırmızı rəngli qələmin çıxması eyniehtimallı hadisələr hesab edilə bilməz,
çünki göy rəngli qələmlərin sayı qırmızı rəngli qələmlərin sayından çoxdur. Deməli, qırmızı
rəngli qələmin çıxması hadisəsi azehtimallı, göy rəngli qələmin çıxması hadisəsi isə digərinə
nisbətən çoxehtimallı hadisədir.
|
Çalışmalar
-
Kubun bir üzündə dovşan, digər üzlərində isə canavar şəkli təsvir edilmişdir. Kubu atdılar.
Aşağıdakı hadisələr azehtimallı, çoxehtimallı və ya eyniehtimallıdırmı?
a)
dovşan təsviri olan üzün düşməsi;
b)
canavar təsviri olan üzün düşməsi.
-
Əhməd cədvəldə verilmiş ədədlərdən birini fikrində tutdu, Əli isə cədvələ baxaraq həmin ədədi
tapmağa çalışırdı. Əlinin Əhmədin fikrində tutduğu hansı ədədi ilk dəfədən tapması hadisəsi
çoxehtimallı hadisədir?
12 |
34 |
72 |
121 |
89 |
823 |
13 |
91 |
16 |
55 |
1 |
16 |
90 |
65 |
21 |
-
Üzərində 3, 6, 9, 12, 14, 15, 17, 18 ədədləri yazılmış kartları çevirərək qarışdırdılar və hər hansı
birini seçdilər. Həmin ədədin:
a)
3-ə bölünməsi hadisəsi və ya bölünməməsi hadisəsi,
b)
cüt olması hadisəsi və ya tək olması hadisəsi, azehtimallı, çoxehtimallı və ya eyniehtimallıdır?
-
Torbada eyni ölçüyə malik bərabər sayda sarı və qırmızı rəngli muncuqlar vardı. Torbaya baxmadan bu
muncuqlardan birini çıxartdılar. Nigar deyir ki, sarı muncuğun və ya qırmızı muncuğun çıxması
eyniehtimallıdır. Onun fikrinə münasibətinizi bildirin. Sizcə, düzgün cavab necə olmalıdır?