Modeldən göründüyü kimi, 8
12 = 4
6
= 2
3 . Burada, 8
12
kəsrinin surət və məxrəcini eyni bir natural ədədə böldük və
həmin kəsrə bərabər kəsr aldıq. Eyni qayda ilə 2
3
kəsrinin
surət və məxrəcini eyni bir natural ədədə vurduqda yenə də
həmin kəsrə bərabər kəsr alanq: 2
3 = 4
6
= 8
12
Kəsrin əsas xassəsi: Kəsrin surət və məxrəcini eyni natural ədədə vursaq və ya bölsək, kəsrin qiyməti dəyişməz (yəni verilmiş kəsrə bərabər kəsr alınar).
Nümunə: Kəsrin əsas xassəsindən istifadə edərək a-nın
qiymətini tapın:
a
4 = 6
8
Həlli: Bərabərliyin sol tərəfindəki kəsrin məxrəci 4, sağ tərəfindəki kəsrin məxrəci isə 8-dir. Deməli, sol tərəfdəki kəsrin surət və məxrəci 2-yə vurulub. Onda a = 6:2, a = 3 olar.