Araşdırma: | Kvadratın tərəfinin uzunluğunun artması ilə perimetrinin necə dəyişdiyini müəyyən edək. |
Həlli: Kvadratın perimetri P = 4a düsturu ilə tapılır.
Göründüyü kimi, ən kiçik kvadratın tərəfinin uzunluğunun ikinci kvadrata tərəfinin uzunluğuna nisbəti
0,5
1 = 1
2
kimidir. Həmin kvadratların perimetrləri nisbəti də 2
4=1
2-dir. Həmçinin ən kiçik kvadratın tərəfinin uzunluğunun ən böyük
kvadratın tərəfinin uzunluğuna nisbəti 0,5
2,5 = 1
5 kimidir. Eyni qayda ilə onların
perimetrlərinin nisbəti də 2
10 = 1
5
olar. Deməli, kvadratın tərəfinin uzunluğu neçə dəfə artırsa, perimetri də o qədər dəfə artır.
İki kəmiyyətdən birinin bir neçə dəfə artması (azalması) ilə digər kəmiyyət də bir o qədər dəfə artarsa (azalarsa), bu kəmiyyətlərə düz mütənasib kəmiyyətlər deyilir. Düz mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin nisbəti sabitdir və bu sabit mütənasiblik əmsalı adlanır.
Nümunə: | Qatar 4 saata 240 km yol gedərsə, həmin sürətlə 6 saata nə qədər yol gedər? |
Həlli: Məlumdur ki, zaman neçə dəfə artarsa, qatar o qədər dəfə çox məsafə qət edər. S = vt. Məsələnin həlli üçün tənasüb quraq: