Araşdırma: | Ana qızına tapşırdı ki, salat hazırlamaq üçün pomidor, xiyar və göyərtini 5:3:2 nisbətində götürsün. Qızı “bu necə olar?” deyə soruşdu. Ana başa saldı ki, salat üçün 5 hissə pomidor, 3 hissə xiyar, 2 hissə isə göyərti götürməlidir. Yəni istifadə edilən ərzaq 5, 3 və 2 ədədləri ilə düz mütənasib olmalıdır. |
Sual: Salatın ümumi kütləsi 850 q olarsa, hər ərzaqdan nə
qədər
götürmək lazımdır?
Həlli: I üsul:
Tam-hissə modeli quraq: 1)5 + 3+2 = 10 (hissə) - salatın bərabər bölündüyü hissələrin sayı;
2) 850 : 10 = 85 (q) - bir hissənin kütləsi;
3) 5 • 85 = 425 (q); 3 • 85 = 255 (q); 2 • 85 = 170 (q).
II üsul: Bir hissənin kütləsini x ilə işarə edək.
Onda
pomidor 5x, xiyar 3x, göyərti isə 2x hissə təşkil edir.
Şərtə əsasən:
5x + 3x + 2x = 850
10x = 850
x = 85.
5 • 85 = 425 (q); 3 • 85 = 255 (q); 2 • 85 = 170 (q).
Cavab: 425 q; 255q; 170 q.
Məsələləri tam-hissə modeli və ya tənlik qurmaqla hall edin: