Araşdırma: | Şagird kitabın 168 səhifəsini oxudu ki, bu da bütün kitabın 30%-ni təşkil edir. Kitab neçə səhifədən ibarətdir? |
Həlli: |
Şərtə görə 168 səhifə kitabın 30%-ni təşkil edir. Kitabın səhifələrinin
sayını x ilə işarə edək. Onda 30 100 • x = 168; x = 168 : 30 100; x = 560. |
Cavab: kitab 560 səhifədən ibarətdir.
Verilmiş faizinə görə ədədi tapdıq.
Faizinə görə ədədi tapmaq üçün verilmiş ədədi faiz göstərən ədədə bölüb alınan nəticəni 100-ə vurmaq lazımdır.
p%-i a olan b ədədini tapmaq üçün düstur:
b= a⋅100
p
Ədədin faizinin tapılması və faizinə görə ədədin tapılması məsələləri bir-birinə çox bənzəyir. Bu məsələləri ayırd etmək üçün məsələnin şərtini diqqətlə oxumaq lazımdır.
a) 12%-i 75 olan ədədi;
c) 15%-i 120 olan ədədi;
b) 88%-i 99 olan ədədi;
ç) 21 %-i 84 olan ədədi.