2.11.
Kəmiyyətlərin dəyişməsinin faizlə ifadəsi
Araşdırma:
|
Yay mövsümünün başlanması ilə əlaqədar olaraq paltonun qiyməti 240 man.-dan 180 man.-a
endirildi. Paltonun qiyməti neçə faiz endirildi?
|
Həlli: I üsul: Tənasüb quraq:
II üsul: 240 - 180 = 60 man. (bu, endirilən məbləğdir).
Tənasüb
quraq:
Çalışmalar
-
Paltarın qiyməti 150 man.-dan 120 man.-a endi. Paltarın qiyməti neçə faiz dəyişdi?
-
Tozsoranın qiyməti 120 man.-dan 140 man.-a qalxdı. Tozsoranın qiyməti neçə faiz artdı?
-
100 və 1000 ədədlərinin sonuna 1 yazsan, hansı ədədin artım faizi daha çox olar?
-
Malın qiyməti 240 man.-dan 300 man.-a qaldırıldı. Malın qiyməti neçə faiz bahalaşdırıldı?
-
Əkin sahəsi 40 ha-dan azaldılıb 30 ha oldu. Əkin sahəsi neçə faiz azaldıldı?
-
Konfet fabrikində şokolad və karamel istehsal edilir. Əvvəl şokolad bütün məhsulun 80%-ni təşkil
edirdi. Bir neçə saat sonra şokolad bütün konfetin 90%-ni təşkil etdi. Karamelin istehsalı neçə faiz
azaldı?
-
Mart ayında aksiyalar 250 man. idi. Dekabrda isə qiymətlər 200 man.-a endirildi. Aksiyaların qiyməti
neçə faiz endirildi?