Temperatur: Şəkildə təsvir olunan termometrlərin
biri havanın temperaturunun 15° isti, o biri isə havanın
temperaturunun 10° şaxta olduğunu göstərir.
Bu göstəricini belə də ifadə edirlər: birinci termometrə
görə havanın temperaturu +15°C, ikinci termometrə
görə havanın temperaturu -10°C-dir.
Havanın temperaturu səhər tezdən +8°C idi. Günorta
havanın temperaturu +15°C oldu. Deməli,
temperatur +7°C dəyişdi. Axşam temperatur +10°C oldu. Deməli, temperatur
-5°C dəyişdi.
Hündürlük və dərinlik: Dağın hündürlüyü
3500 m olarsa, onu +3500; dənizin dərinliyi
480 m olarsa, onu -480 kimi qəbul etmək olar.
Beləliklə, +15, +3500, + 7, +3 kimi ədədlər
müsbət ədədlər; -10, -480, -1, -5, -2 kimi
ədədlər isə mənfi ədədlərdir.
Müsbət ədədlərin qarşısında “+” işarəsi yazıla da bilər, yazılmaya da bilər.
Məsələn, +3 və 3 - hər ikisi eyni ədədi ifadə edir. Mənfi ədədlərin qarşısında
isə həmişə “-” işarəsi yazılır. Oxunuşu “+6” müsbət 6; “-6” mənfi altı.
Çalışmalar
a) Termometrin göstəricilərini müsbət və mənfi ədədlərin köməyi ilə yazın:
b) Şəkildəki müxtəlif
termometrlərdə
temperatur
necə dəyişir?
Dəftərinizdə termometr təsvir edin, onun üzərində: a) 10°C; b) 12°C;
c) -8°C; d) -15°C-ni göstərən bölgüləri qeyd edin.
Kater çayın axını ilə və axınına qarşı hərəkət edir. Çayın hərəkəti istiqamətini
müsbət və katerin dayandığı yeri hesablama başlanğıcı qəbul edərək katerin
ədəd oxu üzərindəki son vəziyyətinə uyğun ədədi müəyyən edin: