Ədəd oxu üzərində O nöqtəsinə nəzərən simmetrik olan A və B nöqtələri seçək:
OA və OB parçalan eyni uzunluğa malikdir: OA = OB. Burada A və B nöqtələrinin koordinatlan bir-birindən yalnız işarəsinə görə fərqlənir:
A(-5) və B(5)
Yalnız işarəsinə görə fərqlənən ədədlərə əks ədədlər deyilir. Bu ədədlərə uyğun nöqtələr koordinat başlanğıcına nəzərən simmetrik yerləşir.
Məsələn: 5-in əksi -5-dir, -5-in əksi isə 5 (və ya +5)-dir.
-2-nin əksi 2-dir, 2-nin əksi isə - 2-dir.
Hər bir ədədin yalnız bir əksi var. 0-ın əksi özüdür.
a ədədinin əksi -a olar. -(-7) yazılışı “-7-nin əksi” kimi oxunur və 7-yə bərabərdir: -(-7) = 7. Ümumiyyətlə, -(-a) = a olur.
Natural ədədlər, onların əksi olan ədədlər və 0 tam ədədlər çoxluğunu təşkil edir.
Tam ədədlər çoxluğu Z hərfi ilə işarə edilir. Z = {..., -3, -2, -1, 0, 1, 2, 3, ...}. Tam ədədlər çoxluğunda ən böyük və ən kiçik ədəd yoxdur.
Ədəd | Ədədin əksi | Ədəd | Ədədin əksi |
25 | -(25) = -25 | -6 | |
-54 | -(-54) = 54 | 124 | |
-76 | -91 | ||
896 | 96 | ||
-1800 | -280 | ||
509 | -509 |