Araşdırma: | Ədəd oxu üzərində koordinat başlanğıcından eyni uzaqlıqda olan iki nöqtə qeyd edək. Bu nöqtələrin yeri haqqında nə deyə bilərsiniz? |
Həlli: |
a) onlar koordinat başlanğıcına nəzərən əks istiqamətdə yerləşirlər; b) bu nöqtələrin koordinatları yalnız işarələrinə görə fərqlənirlər; c) koordinat başlanğıcından eyni uzaqlıqda yerləşirlər. |
Hesablama başlanğıcından koordinatı a-ya bərabər olan nöqtəyə qədər məsafəyə a ədədinin modulu (mütləq qiyməti) deyilir və |a| kimi işarə olunur.
Ədədin modulu məsafəni ifadə etdiyinə görə mənfi ədədə bərabər ola bilməz.
Müsbət ədədin və sıfırın modulu özünə bərabərdir:
|10| = 10; |0| = 0; |10,9| = 10,9 və s.
Mənfi ədədin modulu onun əksinə bərabərdir: |-15| = - (-15)=15; |-7| = - (-7)= 7
Ümumiyyətlə,
a müsbət ədəd olarsa, |a| = a;
a = 0 olarsa, |a| = 0;
a mənfi ədəd olarsa, |a| = -a olar.
a) |—23| + |—56|;
ç) |233| + |-256|;
f) |-209| - |-109|;
b) |-1005| + |2906|;
d) |-323| + |-656|;
g) |-207| - |-156|;
c) |-10| • |2|;
e) |-260|: |-13|;
h) |34| • |-8| : |-16|.
a)-8 və ya 9;
a)23 və |-23|;
a)|a| = 12;
a) |a| < 4,2;