Ədəd oxu üzərində “-3” ədədindən 5 vahid sağa doğru hərəkət edilərsə, “2” ədədi alınar. Eyni qayda ilə “-140” ədədindən 8 vahid sağda “—132” ədədi yerləşir. Ədəd oxunun köməyi ilə bu iki müxtəlif işarəli ədədin cəmini modelləşdirək:
İki müxtəlif işarəli ədədi toplamaq üçün alqoritm:
1. Onların modulları tapılır;
2. Modulu böyük olan ədəddən modulu kiçik olan ədəd çıxılır;
3. Alınmış ədədin qarşısına modulu böyük olan ədədin işarəsi yazılır.
Nümunə: a) (+273) + (-892) = -(892 - 273) = -619;
b) (-17308) + 27893 = +(27893 -17308) = 10585;
c) (-111)+(-768)+999=-(111 + 768)+999=-(879)+999=+(999-879) = 120.
Göründüyü kimi, iki müxtəlif işarəli ədədin cəminin işarəsi modulu böyük olan ədədin işarəsi ilə eyni olur: modulu böyük olan ədəd müsbətdirsə, cəm müsbət, modulu böyük olan ədəd mənfidirsə, cəm mənfi işarəli olur.
Əks ədədlərin cəmi sıfıra bərabərdir: -a + a = 0; -45 + 45 = 0.
Toplama zamanı birinci toplanan mənfi olduqda, çox zaman mötərizədə yazılmır, yəni (-8) + (+7) ifadəsi -8 + 7 kimi yazıla bilər.
a)-9+12+ (-15);
b) 42 + (-21) + (-1);
c) 16 + (-11) + 12;
ç) -76 + 112;
d) 89009 + (-19009);
e) -456+ 556;
ə) 672 + (-790) + (-342);
f) 5412 + (-5412);
g) 1002 + (-5621).
a)-12; | b) 9; | c) -7; | ç) -8925; | d) -68. |