Avtoportret.
“Dostumla
avtoportret”
tablosunun
fraqmenti
Rafael Santi (1483-1520)
Bəşər tarixinin dahi rəssamlarından biri, italyan
rəngkarı və memarı, erkən yaşında valideynlərini
itirən Rafael əmisinin himayəsində böyümüşdür.
O, əvvəlcə saray rəssamı Timoteo Vitti, sonra isə Perucinoya
məxsus emalatxanada rəssamlıq sənətini
öyrənmişdir.
Təsviri sənətdə ilahiləşdirilmiş gözəllik və ahəngdarlıq
məhz Rafaelin adı ilə əlaqələndirilir. Rafael
çoxsaylı dəzgah təsvirləri, dünyaca məşhur freskalar
və nəfis portretlər yaratmışdır. İtaliya İntibahının
digər dahi sənətkarları kimi, Rafael həm memarlıqla
məşğul olur, həm də arxeoloji qazıntılara
rəhbərlik edirdi.
Rafaelin madonna obrazları xüsusilə diqqəti cəlb etdiyi
üçün onu bəzən “madonna sənətkarı” adlandırırdılar.
Dahi Rafaelin şöhrəti onun yaratdığı üslubun
hər kəs üçün aydın və xoşagəlimli olması ilə
fərqlənir.