Qapılar kilid vasitəsilə bağlanır. Kilidləri fərqləndirən əsas cəhətlər gizlilik mexanizminin növü və onun quraşdırılma üsuludur.
Hər bir kilid gövdədən, siyirmədən, məxfilik mexanizmindən, onun təkrar olunmazlığından ibarətdir. Məhz etibarlılıq və keyfiyyət bu meyarlarla müəyyən edilir.
|
Qapı kilidlərinin neçə növü vardır, onların quruluşu və
quraşdırılması nədən ibarətdir?
|
Kilidlər üç növə bölünür: üstdənqoyulma, taxma və asma.
Taxta qapılar üçün üstdənqoyulma kiliddən istifadə etmək tövsiyə olunur. Bu növ kilidlərin quraşdırılması daha asandır. Bir qayda olaraq, üstdənqoyulma kilid qapının qorunmasında mühüm rol oynayır.
Üstdənqoyulma kilidi quraşdırmaq üçün əvvəlcə qapının dirəyində (döşəmədən, təxminən, 1,2 m hündürlükdə) kilidin yeri müəyyənləşdirilir və karandaşla bərkidici lövhə üçün novun yeri nişanlanır. Nov elə dərinlikdə kəsilir ki, bərkidici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfi açıq dəlik açılır. Dəliyin diametri silindrik mexanizmin (şəkil 1) ölçülərindən 1–2 mm enli olmalıdır.