Mesopotamiyanın təbiəti və əhalisi. Qədimdə Dəclə və Fərat çayları arasındakı düzənlik Mesopotamiya adlanırdı. Mesopotamiya yunan dilində “İkiçayarası” deməkdir. Bu ərazi münbit və məhsuldar torpaqlara malik idi. Türkdilli xalq olan şumerlilər e.ə. 7-6-cı minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən gələrək burada məskən salmışdılar.
Şəhər-dövlətlər. Şumerlilər Mesopotamiyanın cənub hissəsində yaşadığına görə bura “Şumer ölkəsi” adlanırdı. Burada e.ə. 4-cü minilliyin sonu — 3-cü minilliyin əvvəllərində Ur, Uruk, Kiş, Eredu, Laqaş, Umma, Nippur və digər Şumer şəhər-dövlətləri meydana gəlmişdi.
Erkən Şumer şəhər-dövlətləri “en” adlanan kahin tərəfindən idarə olunurdu. O, şəhər-dövlətlərə və məbəd işlərinə, ölkənin təsərrüfat həyatına, suvarma kanallarının çəkilməsinə, hərbi işlərə rəhbərlik edirdi.
Şumer ölkəsi və onun idarə olunmasını təsvir edin.
Şumer mədəniyyətinin uğurlarını dəyərləndirin.