Babil, Hammurapi, qanun, Babil qülləsi
Babil dövlətinin meydana gəlməsi. Babil şəhəri Dəclə və Fərat çaylarının bir-birinə yaxınlaşdığı, su və karvan yollarının birləşdiyi ərazidə yerləşirdi. Belə əlverişli mövqedə yerləşdiyi üçün Babil inkişaf edərək ticarət mərkəzinə çevrilmişdi. E.ə. 2-ci minilliyin əvvəllərində şəhər ətrafındakı ərazilər birləşdirilərək Qədim Babil dövləti yaradıldı.
Müasir xəritədə Babilin yerləşdiyi məkanı müəyyən edin.