Finikiya, sidr, purpur, koloniya, əlifba
Finikiyanın təbiəti, əhalinin məşğuliyyəti. Finikiyalılar Aralıq dənizinin şərq sahilində məskunlaşmışdılar. Ölkənin təsərrüfatında bağçılıq geniş yer tuturdu. Kəndlilər, əsasən, üzüm, xurma və zeytun becərirdilər. Onlar üzümdən çəkdikləri şərabı və zeytun yağını qonşu ölkələrdə taxıla dəyişirdilər.
Sahilboyu dağlar sidr* və palıd meşələri ilə örtülmüşdü. Qiymətli tikinti materialı olan sidr ağacı Misirə və başqa ölkələrə aparılırdı. Sidr ağacı müqəddəs hesab olunurdu.
Finikiyanın təsərrüfat həyatını təsvir edin.
Şəffaf şüşə Finikiyada icad olunmuşdu. Finikiyalıların dənizilbizi şirəsindən hazırladıqları tünd-qırmızı boyaq (purpur) qonşu ölkələr də çox yüksək qiymətləndirilirdi. Finikiyanın adı da bu məşhur boyaqla bağlı idi. Qədim yunanlar Finikiyanı Foinike adlandırırdılar. Bu da “purpur (tünd-qırmızı boyaq) ölkəsi” deməkdir.
Finikiya şəhərləri və dəniz səyyahları. Finikiyada yaşayış məskənlərinin mövqeyi olduqca əlverişli idi.
* Sidr — həmişəyaşıl, iynəyarpaqlı ağac