Assur, Nineva, “Aşşurbanipal kitabxanası”
Assur dövlətinin yaranması. Babildən şimalda, Dəclə çayının yuxarı axarında Assur dövləti yaranmışdı. E.ə. 1-ci minilliyin əvvəllərində Assur Ön Asiyanın ən qüdrətli dövləti oldu. Onun ilk paytaxtı baş tanrının şərəfinə Assur adlandırılmışdı. Sonralar dövlətin paytaxtı Dəclə sahilindəki Ninevaya köçürüldü.
Assur hökmdarları güclü ordu yaratmışdılar. Ordu piyada, süvari, cəng arabası döyüşçüləri və kəşfiyyat
dəstələrinə bölünürdü. Piyadalar qılınc və döyüş baltaları, süvarilər isə uzun nizə, yay-oxla silahlandırılırdılar.