Midiya, “Avesta”, Kiaksar, Astiaq |
Midiya dövlətinin yaranmasını və idarəetmə qaydalarını təsvir edin.
Dövlətin yaranması. Midiya müasir İranın mərkəzində yerləşən xırda vilayətlərdən ibarət ərazi idi. Vilayətləri canişinlər idarə edirdilər. Bu vilayətlər Assur dövlətinə tabe idi.
E.ə. VIII əsrdə Deyok adlı yerli canişin Midiya vilayətlərini birləşdirib vahid dövlət yaratdı və hakim sülalənin əsasını qoydu. O, Ekbatan (Həmədan) şəhərini saldıraraq Midiya dövlətinin paytaxtı elan etdi.