Orxon yazısı, vahə dövlətlər, Baktriya, Xarəzm, |
Qədim türklərin ilk məskənlərini və həyat tərzini təsvir edin.
Qədim türklərin ilk məskənləri. Türklərin yaşadıqları ərazilər şimalda Sibir, cənubda Himalay dağlarına çatırdı. Şərqdə Xinqan dağlarından qərbdə Anadoluya (Kiçik Asiyaya) və Ural dağlarına qədər olan torpaqları əhatə edirdi. Bu torpaqlar Böyük Türküstan adlanırdı. Zaman keçdikcə türklər daha geniş ərazilərdə məskən salmışlar.