İbtidai insanlar, ulu icma, Daş dövrü, neandertal, “ağıllı insan”, ox və kaman, toxa əkinçiliyi |
Siz bu tarixi öyrənərkən era, əsr, minillik kimi zaman ölçüləri ilə qarşılaşacaqsınız. 1 əsr 100 ilə bərabərdir. 10 əsr isə bir minillik deməkdir.
İlləri zaman oxu üzərində yerləşdirsək, 0-dan sağa sayılan rəqəmlər (illər) bizim eradır və o bizim bu günümüzə qədər gəlib çatır.
Bizim hazırda istifadə etdiyimiz təqvimdə tarix rəvayətə görə, xristian dininin peyğəmbəri İsanın doğum günündən, yəni miladdan* başlayır. Ona görə də təqvimimiz miladi təqvimi adlanır. İsa peyğəmbərin doğum tarixindən əvvəl baş verən hadisələrdən danışarkən “eradan əvvəl” (e.ə.), yaxud “miladdan əvvəl” ifadəsi işlədilir. Məsələn, e.ə. 75-ci ildən söhbət gedirsə, bu o deməkdir ki, hadisə İsa peyğəmbərin anadan olmasından 75 il əvvəl baş verib.
Mövcud olan hicri təqvim isə Məhəmməd peyğəmbərin öz tərəfdarları ilə birlikdə Mədinəyə (Yəsribə) hicrət etməsi (köçməsi) ilə bağlı yaranmışdır.
* Milad — İsanın anadan olduğu il