Kimmer, iskit, saklar, Tuqdamme, Atey, Neapol
Kimmer, iskit, sak tayfaları. Qara dənizin şimalında və Krım yarımadasında türkmənşəli kimmer, iskit və sak tayfaları yaşayırdılar. Bu tayfalar yaşadıqları ərazilərdən köç etməyə başladılar. Onlar Cənubi Qafqazda və Ön Asiyanın müxtəlif yerlərində məskunlaşdılar. E.ə. VII əsrdə Ktmmer-İskit-Sak padşahlığı yarandı. Bu dövlətin hökmdarlarından biri. Tuqdamme olmuşdur.
Kimmer, iskit və sakların bir qismi qədim Azərbaycan
İskit dövlətinin meydana gəldiyi ərazini müasir xəritədə göstərin.
torpaqlarında məskunlaşmış, burada yaranmış Manna əhalisi ilə ittifaq yaratmışdılar. Onların gəlişi Assur dövlətinin bu bölgədəki nüfuzuna böyük zərbə vurdu. Manna Assur ilə ittifaqı pozdu.
Manna dövləti kimi, onun qonşuluğunda olan midiyalılar da kimmer, iskit və sak tayfalarına arxalandılar və Assura qarşı çıxdılar.