Qədim hunların ərazisi və məşğuliyyəti. Hunlar türkmənşəli tayfalardan biri olmuş, Orxon və Selenqa çayları arasındakı ərazidə yaşamışlar. Hunların əsas məşğuliyyəti ovçuluq, sonralar isə köçəri maldarlıq olmuşdur. Ona görə də geniş otlaq sahələrinə olan ehtiyac onları daim yeni ərazilər ələ keçirməyə sövq edirdi.