Aşoka, kasta, şahmat, Budda, “Veda”
Təbiəti və əhalisi. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Yarımadanın şimalında Himalay dağları ucalır. Hindistan yarımadası, əsasən, yaylalardan ibarətdir. Yayla ilə Himalay dağları arasında düzənlik yerləşir. Düzənliyin qərb hissəsində Hind, şərq hissəsində Qanq çayları axır. Hindistan ərazisi mis və dəmir yataqları ilə zəngindir.
İnsanlar Hindistanda ən qədim dövrlərdən məskən salmışlar. Burada e.ə. 3-cü minilliyə aid şəhərlərin (Mohenco-Daro və Harappa) xarabalıqları aşkar olunmuşdur. E.ə. 2-ci minillikdə köçəri ari tayfaları Hindistana hərəkət etmiş və yerli əhali ilə qaynayıb-qarışmışdı. Onlar əkinçiliklə məşğul olur, mal-qara sürüləri, at ilxıları saxlayırdılar. Hindlilər dəmir çıxarmağı
Qədim Hindistanda iqtisadi inkişafı təsvir edin.
və emal etməyi bacarırdılar. Burada taxıl, şəkər qamışı və pambıq yetişdirilir və pambıqdan zərif parçalar toxunurdu. Fillər əhliləşdirilir, onlardan təsərrüfat işlərində və döyüşlərdə istifadə edilirdi.
Hindistanın qədim dövlətləri. Əmək məhsuldarlığının artması bərabərsizliyin yaranmasına səbəb oldu. Adlı-sanlı adamlar quldarlara çevrildilər.