Xəritə nədir? Sular və quru yerlər xəritədə necə təsvir olunur?
Araşdıraq va tədqiqat aparaq
İnsanlar səyahət edərkən xəritədən
istifadə edirlər. Burada dənizlər, çay
və göllər, meşə və dağlar, ölkə
və şəhərlər təsvir olunur. Siz də
öz xəritənizi hazırlaya bilərsiniz,
lakin orada heyvanlar aləmini
yerləşdirin.
Düşünək
Xəritənizi necə
adlandıracaqsınız?
Heyvanları
hara yerləşdirə
çəyinizi bilirsinizmi?
Yaradaq
Rəngli kağız və ya plastilindən
müxtəlif fiqurlar vasitəsilə heyvan
və quşlar hazırlayın. Detalları
flomasterlərlə də işləyə bilərsiniz.
Heyvanları yaşadıqları yerdə
yerləşdirin.