8
Heyvanların naxışlı "geyimləri"
Düşünək-müzakirə edək
Canlıların da naxışları varmı?
A
-
C
Rəssam canlıların "geyimini" naxış kimi göstərmişdir. Şəkillərdə bu naxışları
tapa bilərsinizmi? Onlar hansı xətləri xatırladır?
Öyrənək
Canlıların "geyimi" kiçik naxışlara bənzəyir. Naxışlarda təkrarlanan xətt,
rəng və formalar var. Canlıların görünüşü bu naxışlara görə də
fərqlənir.