Araşdıraq va tədqiqat aparaq
Fəal həyata üstünlük verən
insanlar düşərgədə dincəlməyi
çox sevirlər. Onlar yürüş və
ekskursiyalara gedir, idman və
yaradıcılıqla məşğul olur,
əylənirlər. Düşərgələri çox vaxt
meşə və dağlarda qururlar.
Burada ağaclar və güllər, çaylar
və ya şəlalələr, heyvanlar, quşlar
və həşəratlar olur. Siz də payız
meşəsində öz düşərgənizi
yarada bilərsiniz.
Düşünək
Payızda ağacın yarpaqları hansı
rənglərdə olur? Düşərgəyə nə adı
verərdiniz? Onu harada
qurardınız: meşədə, dağda, yaxud
çay kənarında? Heyvan, quş, bitki,
həşəratlar və balıqlar da
olacaqmı? Gecələmək üçün
meşədə rəngli çadırlar da
olacaqmı? Çadırlar hansı
formalardadır? Bəs ağaclar?
Düşərgəni Azərbaycanın hansı
səfalı yerində qurardınız?
Yaradaq
Düşərgədə olacaq
varlıqların formalarını
rəngli kağızlardan kəsin.
Xırda hissələri rəngli
flomasterlərlə çəkin.
Düşərgənin hissələrini və
hazırladığınız varlıqları
vərəqdə yerləşdirin. Öndə,
arxada nələri yerləşdirəcəyinizi
müəyyən edin
və yapışdırın.