Araşdıraq va tədqiqat aparaq
Rəssamlar tərəfindən yaradılan ən
yaxşı rəsmlər, əsərlər, heykəllər
xüsusi yerdə - muzeylərdə qorunur
və nümayiş etdirilir. İnsanlar bu
əsərləri seyr etmək üçün muzeylərə
gəlirlər. Müasir dövrdə muzeylərə
internet vasitəsilə virtual olaraq da
ekskursiya etmək olar. Müəllim və
ya valideynin köməyi ilə Azərbaycan
Milli İncəsənət Muzeyinin rəsmi
saytından muzeyə virtual ekskursiya
edə bilərsiniz. Siz də öz sərgi zalınızı
və tamaşaçıları hazırlaya bilərsiniz.
Düşünək
Muzeydə nələri
yerləşdirəcəksiniz?
Divarlarını hansı rəngə
boyayacaqsınız? Ziyarət
edənlər arasında kimlər
olacaq? Muzeyinizdə
hansı rəssamların
əsərlərini
sərgiləyəcəksiniz? Əgər
muzeylər olmasaydı,
insanların həyatında nə
dəyişərdi?
Yaradaq
Yaradacağınız muzeyin
divarlarında rəssam
əsərlərini, otaqlarda isə
ziyarətçiləri yerləşdirin.
Divarlarda böyük monitorlar
da ola bilər. Sizcə, bu nə
üçündür? İnsanları rəngli
kağızlardan, yaxud rəsmini
çəkməklə hazırlayın, sonra
yapışdırın. İnsanların
incəsənətə marağını, sifət
ifadələrini göstərməyə
çalışın.