Düşünək-müzakirə edək
Rəssam əsərində hansı otağı görürsünüz? A Fikrinizi əsaslandırın.
A
"Yataq otağı". Vinsent van Qoq (Niderland rəssamı).
Öyrənək
İnsanlar evlərini daim rahat etməyə çalışırlar. Hər evdə müxtəlif otaqlar var.
Otaqlar müəyyən məqsədlər üçün istifadə edilir. İnsanlar onları öz zövqlərinə
görə bəzəyirlər. Bu otaqlarda mebel və müxtəlif əşyalar olur.