Evlər, müxtəlif tikililər, küçələr, parklar birlikdə harada yerləşir? Yaşadığınız yerdə hansı
tikililər var? Tikililərdən başqa, daha nələr var? Şəhəri gözəl və yaraşıqlı edən nədir?
Şəhərin qurulmasında kimlərin rolu var?
Araşdıraq va tədqiqat aparaq
Evlər və binalar, müxtəlif
hündür və alçaq tikililər, dar və
enli küçələr, yaşıl ağac və kollar,
park və xiyabanlar şəhərimizi
gözəlləşdirir. Memarlar bina və
küçələrin necə görünəcəyinin
planını hazırlayırlar. Sonra bu
plan əsasında maket düzəldilir.
Maketlərə hər tərəfdən baxmaq
olur. Siz də öz şəhərinizin
maketini hazırlaya bilərsiniz.
Düşünək
Şəhərin planını hazırlayarkən
nəyi nəzərə almaq lazımdır?
Şəhərdə hansı binalar var?
Binalar bir-birindən nə ilə fərqlənir?
Küçələrdə, yol kənarlarında
nə yerləşdirəcəksiniz? Orada
insanlar da olacaqmı? Bəlkə, onları
plastilindən hazırlayasınız?
Şəhərinizə hansı adı verəcəksiniz? Onun digər şəhərlərdən
fərqi nədə ola bilər? O nə ilə
zəngin olacaq?
Yaradaq
Sinif yoldaşlarınızla birgə öz
şəhərinizin maketini
planlaşdırıb qurun. Məişətdə
istifadə etdiyiniz kağız, plastik
qutulardan ev və müxtəlif
formalarda binalar hazırlayın.
Bunun üçün nə etməlisiniz?
Binaların pəncərə və
qapılarını, damını necə
göstərəcəksiniz? Şəhərinizdəki
küçə və ağacları da kağızdan
kəsib hazırlayın.