Düşünək-müzakirə edək
Gördüyünüz geyimlər bizim gündəlik geyimlərimizdən nə ilə fərqlənir? A
Onların formaları, ölçüləri, rəngləri və bəzəkləri haqqında nə deyə bilərsiniz?
A
Azərbaycan milli geyimləri.
Öyrənək
Bəzi insanlar xüsusi günlərdə milli geyimlərdən istifadə edirlər. Hər xalqın
özünəməxsus milli geyimləri və bu geyimləri bəzəyən naxışları var.
Naxış - xətt, fiqur və təbii formalardan ibarət bəzəkdir. Gül və yarpaqlardan
ibarət olan bəzək nəbati naxış adlanır.