Düşünək-müzakirə edək
Şəkillərdə hansı peşə geyimlərini görürsünüz?
A
Onları necə tanımaq olar?
Onların geyimləri nə ilə fərqlənir?
A
Hərbçi, yanğınsöndürən, həkim və polislər üçün xüsusi geyimlər.
Öyrənək
Bir çox peşələrə aid xüsusi geyim forması olur. Bu geyimləri başqalarından
fərqləndirən forma, xətt və ləkələr var. Onların rəngləri də fərqlidir.
Bəzi peşə sahiblərinin də bayram geyimləri olur. Məsələn, hərbçilər bayram
günlərində və paradlarda daha təmtəraqlı geyinirlər.
Xüsusi geyimlər nələrdən ibarətdir?