Salam, əsgər! Mənim adım Yusifdir. Mən 5-ci sinifdə oxuyuram. Biz bir-birimizi tanımırıq. Amma mən sənə öz təşəkkürümü, sevgimi bildirmək istəyirəm. Sən çətinliklərə baxmadan torpağımızı, vətənimizi, bizi qoruyursan. Əzizim əsgər! Müharibə haqqında yalnız kitablarda oxumuş, filmlərdə görmüşəm. Mən heç vaxt bombaların partlayış səsini eşitməmiş, aclıq və soyuq hiss etməmiş, yandırılmış şəhər və kəndlərin külünü görməmişəm. Bütün bunlar sənin cəsurluğuna və mərdliyinə, Vətənə olan sərhədsiz sevginə görədir. |
Sənə demək istəyirəm ki, müharibəsiz həyat — səhərin xoşbəxt açılması, məktəbdə sinif yoldaşlarımın gülüşü, doğulduğum məkanda sərbəst gəzə bilməyimdir. Müharibəsiz həyat — məktəbdən evə salamat qayıtmağım, bugünkü kimi sabahın da xoşbəxt açılacağını bilərək yaşamağımdır. Müharibəsiz həyat – Günəşin hər səhər yenidən doğacağını, insanların hər gün üçün sevinəcəyini bilməkdir.
Müharibəsiz həyat gözəldir. Biz onu qorumalıyıq. Buna görə biz bir-birimizə qarşı mehriban, qayğıkeş olmalıyıq. Sizin zəhmətinizi, əziyyətinizi unutmamalıyıq.
Müharibəsiz həyat üçün çox sağ ol, əziz əsgər! Mənim xoşbəxt uşaqlığım üçün çox sağ ol! Səninlə fəxr edirəm. Səni çox sevən Yusif. |
2. Təsəvvür edin ki, qapınızın yanında
poçt qutusu vardır. Evə qayıdanda
poçt qutusunda bir məktubun olduğunu
görürsünüz. Məktub sizə yazılıb.
•Məktubu oxuduqdan sonra cavab
hazırlayın.
|
Təlimat:
Unutmayın ki, yazınız sizi və düşüncələrinizi təmsil
edir. Məktub bitəndən sonra onu bir də oxuyun.
|