|
Sözlərin düzgün tələffüzünü
deyin.
|
... Ana çörək bişirirdi. Nəzərləri təndirdəki iri (h,x)əmir parçalarına dikilmişdi. Bu na(x,h)ışlı çörəklər ona şəkilli kitab cildləri kimi göründü. Ana bu çörəkləri sevimli oğlu üçün bişirirdi. Cəfər oxumaq istəyirdi. Şahbikə sonbeşiyini bu müqəddəs arzusuna çatdırmağa əhd etmişdi. Çörəklərin qazancı ilə uşaq məktəbə gedəcək, təhsil alacaqdı. Ana öz oğlunu oxudaraq bilikli etmək, (x,h)oşbəxt etmək istəyirdi. Oğul isə oxuyaraq anasını bu ağır zə(x,h)mətdən xilas etmək, ona, bütün ailəyə, bütün el-obaya (h,x)idmət etmək istəyirdi.
Cəfər sübh tezdən oyandı və həyətə çıxdı. Anasını təndirin yanında dayanan gördü:
|
– Ana, sənin çörəklərin üzdən baxanda o qədər də yaraşıqlı olmur, bəzəkli naxışlar vurmursan. Ancaq yeyəndə çox dadlı olur, hamının xoşuna gəlir. Bunun sirri nədir? Ana fərə(x,h)lə güldü: – Çörək üzünün bəzəyi ilə dadlı olmaz ki, oğlum! Gərək onun mayası möhkəm olsun, xəmiri yaxşı gəlsin, təndirdə odu güclü yansın, sonra da səliqə ilə yapasan, va(x,h)tında açasan. Onda çörəyin özünə də ləzzət verər, özgəsinə də. Uşaq qadının əlindən tutdu: – Ana, hərdənbir çörəyin ya(x,h)şı bişməyəndə niyə qanın qaralır? Ana dedi: – Ona görə ki, oğlum, o çörəklə mənim zəhmətim də boşa gedir. Adam gərək zəhmətini bada verməsin. Yarımçıq iş ömrü natamam eylər. Bütöv iş ürəyi cavanladar. |
Gərək hər işi şövq ilə görəsən, qeyrət ilə başa vurasan!.. Oğlan anasının əllərini dodaqlarına yapışdırdı. Birdən diz üstə torpağa düşərək onun ayaqlarını qucaqladı: – Ana, ana! Sən nə yaxşısan!.. Çünki ... Seyfəddin Dağlı
|
Təxəyyülünüzə
əsasən oğulun söz- lərini tamamlayın. |