|
|
3 |
Mətnlə bağlı fikirlərdən biri yanlışdır:
|
Valideynlərim məni
bu dünyaya gətirib, müəllimim isə xoşbəxt olmağın yolunu göstərib. (Aristotel) |
Bu fikirlə
razısınızmı? |
Hansı düzdür?
[başlayır] – [başdıyır]
[anlayır] – [annıyır]
|
Bütün zirvələrə gedən yol birinci (pillədən, pilləkəndən) başlayır. İnsan bu pillələri qalxmağa başlayanda mütləq bir əli ilə məhəccərdən tutur. Büdrəməmək, yıxılmamaq üçün bu, vacib şərtdir. Titrək, (kövrək, zəif) addımlar atanda mütləq kiminsə əlindən tutmağa ehtiyac olur. Birinci pillədə tutduğumuz o məhəccər bizim müəllimlərimizdir. Müəllimin əlindən tutmadan pillələri qalxmaq qeyri-mümkündür. |
İllər keçdikcə pillələr (arxada, geridə) qalır, daha sonra məhəccərdən tutmağa ehtiyac qalmır. İnsan pillələrlə (sərbəst, rahat) qalxmağa öyrəşəndə daha sürətlə irəliləməyə can atır. İrəlilədikcə anlayırsan ki, bir (həqiqət, düzgünlük) də var: yüksələn insan qalxdıqca geridə qoyduğu pillələri dağıtmamalıdır. Axı onun ardınca başqaları gələcək.
Bəlkə, onun özünə bir gün bu pillələrlə aşağı enmək lazım gəldi.
Uğur pillələrini qalxdıqca yaxşı əməllər gör ki, bir gün onlar sənin əlindən tutacaq.