O, kasıb bir sənətkar ailəsində
dünyaya gəlib. Atası hazırladığı
sabun və şamı satmaqla çoxuşaqlı
ailəsini çətinliklə dolandırıb. Hətta
imkansızlıq ucbatından 15-ci oğlu
Benjaminin təhsil almasına şərait
də yarada bilməyib. Amma Frank-
lin
təhsil ala bilməsə də, öz üzə-
rində
işləməsi, çalışqanlığı və ən
əsası, qarşısına qoyduğu hədəfə
əzmkarlıqla can atması sayəsində
nailiyyətlər qazanıb. O, “Avtobio-
qrafiya”
əsərində yazır: “Oxumaq
özümə icazə verdiyim yeganə əy-
ləncə
idi. Mən vaxtımı oyunlara və
digər əyləncələrə xərcləmirdim”.
O, ABŞ-da ilk ictimai
kitabxananın və Pensilvaniyada
ilk yanğınsöndürmə idarəsinin
yaradıcısıdır.
B.Franklin uğur qazanmaq
istəyən gənclərə öyüd və nəsi-
hətlər
vermiş, onları düzgün ya-
şamağa və əxlaqi dəyərlərə sadiq
qalmağa çağırmışdır.