2. Məktubu intonasiya ilə oxuyun. Oxu zamanı
mötərizədəki sözlərdən uyğun olanını seçin.
|
Sözlərin düzgün tələffüzünü
deyin.
|
Mənim sevimli nəvəm! Öz davranışını düzəldənə qədər sənə məktub (göndərməyəcəkdim, yazmayacaqdım). Əminin uşaqları qarşısındakı hərəkətlərini heç unuda bilmirəm. Sənin pal-paltarın və kitabların daha (çox, xeyli) olduğuna görə özünü üstün tutur, öyünürsən. Yersiz öyünmələrinə heç dözə bilmirəm. Nə olsun ki, kitabların çoxdur! Sobada yanmayan odunun istisi ola bilərmi?! Oxumadığın kitablarınla öyünmək sənə heç bir hörmət qazandırmaz. |