|
Ailə üzvləri bir-birinə qarşı necə davranmalıdır?
|
Ailə üzvləri: baba, nənə, ata, ana və uşaqlar doğma insanlardır. Onlar böyüklərə hörmət, kiçiklərə nəvaziş göstərirlər. Bir-birindən məsləhət alırlar. Mehriban danışır, xoş sözlər eşidirlər. Bir-birinin qayğısına qalır və qulluğunda dururlar.