|
Siz gün ərzində kimlərlə ünsiyyətdə olursunuz?
|
Mən məktəbə yollanıram. Yolda sinif yoldaşım Turanla rastlaşıram. Söhbət edə-edə məktəbə tərəf gedirik.
Məktəbə çatıb sinfə daxil oluruq. Sinif yoldaşlarım Aygünü dövrəyə alıblar. Bu gün onun ad günüdür. Mən hazırladığım açıqçanı ona verirəm.
– Aygün, ad günün mübarək olsun!
Aygün:
– Çox sağ ol, təşəkkür edirəm!
Mən məktəbimizin nizam-intizam qaydalarına əməl edirəm, sinif yoldaşlarımla həmişə nəzakətli davranıram.