|
Yoluxucu xəstəlik nədir?
|
Qrip yoluxucu xəstəlikdir. Yoluxucu xəstəliklər xəstə insandan sağlam insana keçərək yayılır.
Qriplə xəstələnmiş insanın hərarəti yüksəlir, öskürür, asqırır, tənəffüsü çətinləşir, halsız olur, boğazı, başı ağrıyır. Qripli biri ilə yaxın məsafədə olan sağlam adam qripə yoluxa bilər.
Angina da yoluxucu xəstəlikdir. Angina ilə xəstələnmiş insanın hərarəti qalxır. Boğazında kəskin ağrı və irin yaranır. Xəstəlik anginalı xəstənin istifadə etdiyi yuyulmamış qab-qacaqdan keçə bilər.
Özündə qrip və anginanın əlamətlərini hiss edən uşaq məktəbə getməməli, evdə valideynlərinin və həkimin nəzarətində olmalıdır.
|
Əlləri tez-tez sabunla yumaq, tibbi
maska taxmaq, məsafə
saxlamaq insanları yoluxucu xəstəliklərdən qoruyur.
|