İnsanlar televizor, radio, fen, soyuducu, paltaryuyan, qaz sobasından istifadə edirlər. Bunlar məişət cihazlarıdır. Məişət cihazlarından istifadə qaydalarına əməl etməyəndə həyatımız üçün təhlükə yaranır. Məsələn, elektrik cihazlarını şəbəkəyə qoşanda, yaxud şəbəkədən ayıranda tələsmək, naqili dartmaq olmaz.