|
Biz yaşadığımız Yer planeti haqqında nəyi bilirik?
|
Bu gün müəllimimiz bizə Günəş və planetlər haqqında danışdı. O dedi ki, bizim yaşadığımız Yer planeti kürə şəklindədir. Ona Yer kürəsi də deyirlər. Yer kürəsi dayanmadan Günəşin ətrafında fırlanır. Günəşin ətrafında Yerdən başqa yeddi planet də var, ancaq Yerdəki həyat digər planetlərdə yoxdur.
|
Yer planetində daha nələr var? |
Qlobus Yerin kiçik modelidir. Xəritə isə Yer kürəsinin, yaxud onun ayrı-ayrı hissələrinin kiçildilmiş təsviridir. Yer üzündəki okean və dənizləri, çayları, dağları, düzənlikləri göstərmək üçün qlobusda və xəritədə müxtəlif rənglərdən istifadə olunur.
Xəritə və qlobusun çox hissəsi mavi rəngdədir. Mavi rəng okean, dəniz, göl və çayları bildirir. Demək, Yer kürəsi üzərində çox sahəni su tutur.
Qlobus və xəritəyə diqqət edəndə bəzi yerlərin açıq, bəzi yerlərin isə tünd rəngləndiyini görürük. Bu ona görə belədir ki, suların dərinliyi hər yerdə eyni deyil.