Televiziyada, radioda hava haqqında məlumat verərkən “Şimal küləyi əsəcək”, “Qərb küləyini cənub küləyi əvəz edəcək”, yaxud da “Şərq küləyi əsəcək” kimi ifadələr işlədirlər.
|
“Şimal”, “Şərq”, “Qərb”, “Cənub” sözləri nəyi bildirir? |
Günəş səhər səmada sanki yavaş-yavaş yuxarı qalxır. Günorta vaxtı başımızın üstündə dayanır. Sonra yenə aşağı enməyə başlayır və axşam gözdən itir. Günəşin səhər göründüyü tərəf şərq, günorta vaxtı dayandığı istiqamət cənub adlanır. Axşamüstü Günəşin gözdən itdiyi tərəf isə qərbdir. Bunlara cəhətlər deyirlər. Şimal adlanan 4-cü cəhət də vardır. Bizim ölkəmizdə günəş şimalda görünmür.
Siz günəşin köməyi ilə cəhətləri asanlıqla müəyyən edə bilərsiniz.
Cəhətləri bilmədən meşədə, çöldə, səhrada, dənizdə hərəkət etmək çətin olur. Belə yerlərdə səyahətçilər yolu cəhətlərin köməyi ilə tapırlar.