|
Temperatur nədir? |
İsti, soyuq, ilıq, sərin, qızmar, qaynar kimi sözlər hamınıza tanışdır. Bu sözlər havanın, suyun, torpağın temperaturunu, yəni isti-soyuqluğunu bildirmək üçün işlədilir.
|
İnsanlar temperaturu ölçə bilirlər.
|
Temperaturu ölçmək üçün termometr adlanan cihaz icad edilmişdir. Termometr vasitəsilə havanın, suyun, insan bədəninin temperaturu ölçülür. Termometrlər müxtəlif olur. Mayeli və elektron termometrlər var.