|
Fəsillər bir-birindən necə fərqlənir? |
Dərs ili yarı oldu. Məktəblərdə tətil başladı. Tətil günlərində Aysu kəndə - babasıgilə qonaq getdi.
|
Aysu babasıgilə hansı fəsildə qonaq getmişdi? Bu fəsildə
təbiət necə olur?
|
O, səhər yuxudan durub əl-üzünü yudu. Sonra pəncərədən baxdı. Hava soyuq idi. Pəncərənin şüşələri buz bağlamışdı. Yerdə qar vardı. Babası həyətdə ağacların arasında gəzirdi. Aysu paltosunu, papağını geyinib babasının yanına qaçdı.
- Bu albalı ağacı neçə ildir, bar vermir. İstəyirəm, bunu kəsib əvəzində başqa ağac əkim.
|
Biz Novruz bayramını hansı ayda qeyd edirik? Bu vaxt hansı fəsil başlayır? |