|
Təbiətdə gözəl göllər, gur çaylar, uca dağlar var.
|
Kamranın ailəsi həftəsonu Göygöl Milli Parkına getmişdi. Burada təbiət çox gözəl idi. Yol sıx meşəlikdən keçirdi.
Gölün suyu göy rəngdə görünürdü. Kamran anasına dedi ki, ona bu gözəl göl barədə danışsın. Ana Kamrana göl haqqında maraqlı məlumat verdi. O dedi:
– Burada nadir ağac növləri qorunur. Milli Parkın ərazisində cüyür, maral, ayı və digər heyvanlar yaşayır.
– Bəs niyə biz onları görmürük?
– Gündüzlər səs-küy olduğu üçün heyvanlar gölün sahilindən uzaqlaşırlar.
– Bu göldən Azərbaycanda daha harada var?
– Göygöl burada tək deyil. Sənə Maralgölü də göstərəcəyəm. Maralgöl də gözəldir. Bu göllər zəlzələ nəticəsində yaranıb.