Sona həyətdə uşaqlarla oynayırdı. Qonşuları Elman baba və Albert baba ağac kölgəsində skamyada oturmuşdular. Elman baba dedi:
- Allah bu ağacı əkənin imanını kamil etsin! İndi oturmuşuq kölgəsində, isti bizə təsir etmir.
Albert baba cavab verdi:
- Düz deyirsən, ay Elman, imanlı insan çalışır ki, yaxşı işlər görsün.
Sona düşündü ki, görəsən, “imanlı insan” kimdir? O, birinci dəfə idi ki, bu sözü eşidirdi.
Anası işdən gələndə Sona ondan soruşdu:
- Ana, imanlı insan kimdir? Mən həyətdə oynayanda Elman baba ilə Albert baba danışırdılar, mən bu sözü onlardan eşitdim.
Ana ona dedi:
- İmanlı insan dinə, Allaha, peyğəmbərlərə inanan, dini qaydalara əməl edəndir. Dini qəbul edən insanlar onun qaydalarına uyğun ibadət edirlər. Məsələn, Elman baba müsəlmandır, onun dini islamdır. Elman baba məscidə gedir, namaz qılır. Albert baba isə yəhudidir. Yəhudiliyin də öz ibadət qaydaları, öz ibadət yerləri var. Sinaqoq yəhudilərin, kilsə isə xristianların ibadət yerləridir. Üzbəüz binada xristian ailə yaşayır. Onların Yura adlı oğlu da var, sən tanıyırsan.
– Tanıyıram, yaxşı uşaqdır, oyun vaxtı həmişə bizim komandada olur
xristian ailə yaşayır. Onların Yura adlı oğlu da var, sən tanıyırsan.