|
Dövlət nədir?
|
Bayraq, gerb və himn dövlət rəmzləridir. Müstəqil dövlətin özünə aid rəmzləri olur. Bunlardan başqa dövlətin başçısı, ərazisi, ordusu, paytaxtı, milli pulu da olur.
Dövlətimizin adı Azərbaycan Respublikasıdır. Azərbaycan Respublikası 1918-ci il may ayının 28-də yaradılmışdır, ona görə də biz hər il mayın 28-ni Respublika Günü kimi qeyd edirik.
Azərbaycan Respublikasının təhlükəsizliyinin keşiyində Silahlı Qüvvələrimiz durur.