|
Hərbi xidmət nə deməkdir? |
Qardaşımın 18 yaşı tamam olanda onu hərbi xidmətə yola saldıq. O, hərbi xidmətə yola düşəndə ailə üzvlərimiz çox sevinirdi. Ata-anam daha qürurlu idilər. Əsgər atası, əsgər anası olmaq onları fərəhləndirirdi. Hamı bizə gözaydınlığı verirdi. Axı bizim də ailənin övladı Vətənin keşiyində duracaq. Qardaşım elə bil bu günlərdə çox böyümüş, əsl əsgər olmuşdu. Onun hərəkətləri, bizimlə davranışı da fərqli idi. O, arzusuna çatmışdı.